Sadıq Sadıqov “Neftçi”dən nə tələb etdi?

Sadıq Sadıqov “Neftçi”dən nə tələb etdi?
XƏBƏR 21 İyul 2011 / 12:00 2240
-  A +

İyulun 20-də "Neftçi" klubunun toplantısı keçirilib. Yığıncaqda klub rəhbərliyi, şöbə və departament rəisləri, eləcə də məşqçilər heyəti iştirak edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, toplantıda "Neftçi"nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşləri müzakirə olunub.

"Neftçi"nin prezidenti Sadıq Sadıqov bu oyunların tez bir zamanda analiz olunaraq, hər kəsin məsuliyyət daşıdığı sahə üzrə raport verməsini tələb edib.

Daha çox


Son xəbərlər