Akif İsmayılov: “Bu, mərkəzi arenada oyunların keçirilməsinə mane olmayacaq”

Akif İsmayılov: “Bu, mərkəzi arenada oyunların keçirilməsinə mane olmayacaq”
XƏBƏR 21 İyul 2011 / 11:52 2221
-  A +

“Respulika stadionunda təmir işlərinə avqust ayında başlamaq istəyirik. Hələ ki, əsas işlər arenanın bayır hissəsində aparılacaq. İlk olaraq azarkeşlərin oturduqları sektorların üstü bağlanacaq”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib. Onun sözlərinə görə, təmir-bərpa işləri fevral ayında başa çatacaq. Ancaq bu mərkəzi arenada oyunların keçirilməsinə mane olmayacaq:

“Bərpa işlərinin gələn ilin fevralında başa çatdırılması nəzərdə tutulub. Bu müddət ərzində stadionda oyunların keçirilməsi üçün heç bir problem olmayacaq. Sadəcə dekabrda komandalar qış fasiləsinə yollandıqdan sonra stadionun daxilində aparılacaq bərpa işləri ilə əlaqədar arena təmirə bağlanacaq”.

Daha çox


Son xəbərlər