Berti Foqts “Qarabağ” və “Xəzər Lənkəran”ın oyunlarını izləməyəcək

Berti Foqts “Qarabağ” və “Xəzər Lənkəran”ın oyunlarını izləməyəcək
XƏBƏR 21 İyul 2011 / 10:30 1453
-  A +

Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts Avroliqadakı təmsilçilərimiz – “Qarabağ” və “Xəzər Lənkəran”ın cavab oyunlarını izləməyəcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, alman çalışdırıcının tapşırığı ilə UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək "Xəzər Lənkəran" - "Makkabi" (İsrail) matçını milli komandanın məşqçisi Faiq Əzizov, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Streymur" (Farer adaları) görüşünü isə 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Bernhard Lippert izləyəcək.

Daha çox


Son xəbərlər