Yeni mövsüm hazırlıqlarını Sloveniyada davam etdirən paytaxtın "Bakı" klubu bu gün növbəti yoldaşlıq görüşü keçirib.
Qol.Az-ın məlumatına görə, "zolaqlılar" bu dəfə Sloveniya birinci liqa təmsilçisi "Radomlje" ilə qarşılaşıb.
"Sportni Park Roqaska" stadionunda baş tutan görüşdə hesabı Aleksandr Starkovun komandası açıb.
"Bakı"nın "Xəzər Lənkəran"dan transfer etdiyi Uinston Parks matçın 51-ci dəqiqəsində fərqlənərək komandasını hesabda irəli çıxarıb. Lakin matçın sonuna 10 dəqiqə qalmış rəqib hesaba tarazlıq gətirib - 1:1.
Qeyd edək ki, "Bakı" sabah Türkiyənin Superliqa təmsilçisi "Karabük Karademirspor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi