"Kəpəz" klubunun Azərbaycan Premyer Liqasında fəaliyyətini dayandıracağı barədə yayılan xəbərlərə aydınlıq gətirilib.
Qol.Az-ın Trend-ə istinadən yaydığı məlumata görə, Gəncə Regional Futbol Federasiyasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bəzi kütləvi informasiya vasitələrində "Kəpəz" və "Tərəqqi" klublarının fəaliyyətini dayandıracağı barədə məlumatlara münasibət bildirib:
"Hesab edirəm ki, bu deyilənlər şayilərdən başqa bir şey deyil. Mən bu söz-söhbətlərin kimin tərəfindən, nə üçün və hansı məqsədlə yayıldığını deyə bilmərəm. Amma onu bilirəm ki, bu, Gəncə futbolunu, bu gözəl və maraqlı idman növünün şəhərimizdə olmağını istəməyənlərin işidir. Gəncə Regional Futbol Federasiyasının rəhbəri olaraq mən tam rəsmi bildirirəm ki, nə "Kəpəz", nə də "Tərəqqi" fəaliyyətlərini dayandırmayacaq" - Fətiyev bildirib.
Federasiya sədri qeyd edib ki, "Kəpəz"in sponsorları AZNUR və Naxçıvan Avtomobil Zavodudur. Onların rəhbərliyi komandaları dəstəkləyəcəklərini rəsmi bəyan ediblər.
"Əlbəttə belə söz-söhbətlər ürəkaçan deyil. Komandada ruh düşkünlüyü yaradır, nəinki fiziki hazırlıqlarına təsir edir, həm də mənəvi cəhətdən onları növbəti çempionata hazırlaşmağa mane olur. Mən yenə də deyirəm ki, bu şayiələr yalnız gündən-günə gözəlləşən və inkişaf edən Gəncənin futbolunu sevməyənlərin işidir.
Biz bütün bunlara əhəmiyyət vermirik və ölkə başçısı İlham Əliyevin göstərişi ilə Azərbaycanda idmanın inkişafına öz layiqli töhfəmizi verməkdə davam edirik. Mən inanıram ki, yaxın vaxtlarda uzun illər futboldan uzaq qalmış Gəncənin "Kəpəz" və "Tərəqqi" komandaları futbol üzrə milli çempionatda layiqli nəticələr göstərərək azarkeşləri sevindirəcəklər", - Xanlar Fətiyev əlavə edib.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"