Mirça Rednik: “Xəzər Lənkəran” böyük “döyüş”ə hazırdır”

Mirça Rednik: “Xəzər Lənkəran” böyük “döyüş”ə hazırdır”
XƏBƏR 20 İyul 2011 / 19:00 2560
-  A +

“Komandanın hazırlığı ilə bağlı hər hansı problem yoxdur. Bütün futbolçular böyük “döyüş”ə hazırdılar”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Makkabi” ilə oyunöncəsi təşkil olunmuş mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.

Rumıniyalı mütəxəssisin sözlərinə görə, o, artıq rəqibi daha yaxşı tanıyır və növbəti mərhələyə çıxa bilərlər:

"İndi “Makkabi”ni daha yaxşı tanıyıram və bilirəm ki, onlar nəyə qadirdilər. İnanıram ki, doğma azarkeşlər önündə daha yaxşı oynayıb, hədəfimizə çata bilərik. Reallıqla danışsaq, “Makkabi” güclü rəqibdir. Amma keçilməz deyil”.

İlk görüşdəki səhvlərindən nəticə çıxardıqlarını söyləyən mütəxəssis cavab oyununda ilk dəqiqələrdən hücuma atılacaqlarını bildirib:

“İlk oyunun birinci hissəsindən sonra harada səhvlər etdiyimi və ikinci hissədə rəqibə qarşı necə oynamaq lazım olduğunu başa düşdüm. Heyətlə bağlı iki dəyişiklik etmişəm. Bizə qol lazımdır. Ona görə də,  rəqibin səhvlərindən istifadə edib, qollar vurmaq lazımdır”.

Komandasının şanslarını dəyərləndirən Rednik “Dinamo” ilə oyunda azarkeşlərin “Neftçi”nin baş məşqçisi Arif Əsədovu istefaya səsləməsinə isə belə münasibət bildirib:

“Növbəti mərhələyə çıxmaq şansımız var. Əsas odur ki, komanda qələbəyə inanır. Bilirəm ki, azarkeşlər bizi sonadək dəstəkləyəcəklər. O ki qaldı, “Neftçi” fanatlarının Arif Əsədovu istefaya səsləmələrinə, bu, mənə aid deyil. Bu, məşqçi həyatıdır. Hər şeyə hazıram. Ancaq mənim burada qarşıma qoyduğum vəzifə daha böyükdür”.

Daha çox


Son xəbərlər