Atlar və itlər

Atlar və itlər
XƏBƏR 20 İyul 2011 / 17:36 2393
-  A +

Sabah Rusiya Premyer-Liqasının növbəti turunda baş tutacaq “Volqa” – MOİK oyununda təhlükəsizliyi qorumaq üçün 2 mindən çox polis işçisi ayrılıb.

Qol.Az-ın məlumatına görə, onlara bu işdə atlar və itlər də kömək edəcəklər. Belə ki, sabahkı qarşılaşmada təhlükəsizliyi təmin etmək üçün atlı polis dəstələri və xüsusi təlim görmüş itlərin də xidmətlərindən istifadə olunacaq.

Qeyd edək ki, MOİK-lə oyunda milli komandamızın üzvü Vaqif Cavadov komandasına kömək edə bilməyəcək. Çünki o, hələ Rusiya Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirilməyib.

Son xəbərlər