Çempionlar Liqasında uğursuzluğa düçar olan "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov rəqibin güclü olduğunu etiraf edib.
Qol.Az-ın supersport.az saytına istinadən yaydığı xəbərə görə, Çempionar Liqasında əsas məqsədləri qrup mərhələsinə vəsiqə qazanmaq olsa da, ilk mərhələdə mübarizəni dayandırmaq onları çox məyus edib: «kim istəməzdi ki, uğur qazanıb Azərbaycanı layiqincə təmsil etsin?! Ancaq qeyd edim ki, rəqibimiz Avropanın tanınmış klublarından biridir. "Dinamo" ilə "Neftçi"ni müqayisə etsək Xorvatiya çempionunun komandamızdan üstün olduğunun şahidi olarıq. İstər tarixi, istər maddi, həmçinin oyunçularının dəyəri və bu komandanın Avropa təcrübəsi baxımından öndə olması belə düşünməyə əsas verir".
"İlk oyunda 0:3 hesabı ilə məğlub olduğumuzdan mərhələ keçmək şansımız real görünmürdü. Bununla belə komandanın qarşısına qələbə qazanmaq tapşırığı qoyulmuşdu. Hətta oyundan əvvəl futbolçularla ciddi söhbətim olmuşdu. Hər şey göz qabağında idi. Çox təəssüf ki, heç olmasa minimal hesabla da qalib gələ bilmədik" - deyə, "Neftçi"nin rəhbəri söyləyib.
S.Sadıqov "Komandadan yola salınacaq futbolçu olacaqmı" sualına belə cavab verib: "Oyun ciddi təhlil olunacaq. Komandadan göndəriləcək futbolçulara gəlincə, belə fikrimiz yoxdur. Neyləmək olar, səviyyəli komanda qarşısında onların bundan artığına gücü çatmadı".
O, azarkeşlərin baş məşqçi Arif Əsədovun istefa şüarına münasibət də bildirib: "Bu, onların fikridir. İstefa ilə iş bitmir. Deyək ki, komandaya hansısa bir Petrovu gətirdik, nə dəyişəcək ki?! "Neftçi" klubu olaraq bizim əsas məqsədimiz yerli məşqçi və futbolçulara üstünlük verməkdir. Legionerlərə də ehtiyac var. Deyirlər ki, Mpenzaya 1 milyon, Rodriqinyo ilə Flavinyoya 800-900 min vermişik. Bütün bunlar doğru deyil.
Yeni mövsüm komandamızın start heyətində 5-6 yerli futbolçuya yer veriləcək. Bizim məqsədimiz müvəqqəti deyil, daimi uğurlara nail olmaqdır. Bunun üçün uzun müddət çalışmaq lazımdır".
Klub prezidenti komandanın tənqid olunması ilə bağlı da fikirlərini açıqlayıb: "Mən sağlam tənqidlərə normal yanaşıram. Uğur qazanmaq üçün birlik və vətənpərvərlik olmalıdır. Ancaq "Dinamo" ilə ilk oyun ərəfəsində "Neftçi"ni yerli mətbuatda bəziləri "baltalayırdılar". Bu, komandaya böyük zərbə idi. Xorvatiyada isə əksinə, mətbuat da komandalarına dəstək verirdi. Yalnız bir fanat qrupu kluba qarşı çıxırdı. Lakin sonradan onlar da "Dinamo"ya dəstək verdilər. Nəticədə stadionu dolduran 40 minlik fanat ordusu da komandasının qələbəsində böyük rol oynadı".
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"