Lənkəranda “Xəzər Lənkəran”a dəstək məqsədilə daha bir fan-klub yaradılıb.
«Xan Lənkəran» adlı bu klub ətrafında cəmiyyətin intellektual təbəqəsini, görkəmli ziyalıları, yüksək çinli məmurları toplamaq istəyir.
Bu haqda Qol.Az-a fan-klubun direktoru Elşən İmaməliyev məlumat verib.
«Komanda təkcə gənclərin və coşğun azarkeş kütləsinin deyil, həm də oyunlara peşəkar münasibətin, tam mərkəzçi mövqedə dayanaraq obyektiv yanaşmanın, düzgün tənqid və təqdirin hesabına inkişaf edə və daha böyük uğurlara imza ata bilər. Bu məqsədlə də bir qrup lənkəranlı ziyalı “Xəzər Lənkəran”ın İsrailin “Makkabi” klubu ilə həlledici oyunu ərəfəsində yığışıb yeni fan-klub təsis ediblər. Tarixi-etnoqrafik dəyərləri nəzərə alaraq fan kluba “Xan Lənkəran” adı verilib» - deyə o bildirib.
Fan-klubun şəhər Mədəniyyət sarayında keçirilən yığıncağında tanınmış yazıçı-publisist Hafiz Mirzə fan-kubun prezidenti seçilib.
"Kəpəz" onu da göndərdi
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı