Bu gün "Xəzər Lənkəran" və "Makkabi" (Tel Əviv) klubları Avroliqanının II təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyunu öncəsi son məşqlərini keçirəcəklər.
Qol.Az-ın məlumatına görə, hər iki komandanın baş məşqçilərinin mətbuat konfrasları da baş tutacaq.
"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik bu gün saat 17:30-da mətbuat nümayəndələrinin önünə çıxacaq. Saat 18:30-da isə komanda Lənkəran şəhər Mərkəzi stadionunda oyunöncəsi son məşqinə çıxacaq.
Saat 19:30-da "Makkabi" (Tel Əviv) klubunun baş məşqçisi Moti İvanirin mətbuat konfransı keçiriləcək. Bir saat sonra isə qonaq komandanın qarşılaşmanın keçiriləcəyi arenada son məşqi baş tutacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Makkabi" (Tel Əviv) oyunu sabah saat 20:30-da başlayacaq.
"Kəpəz" onu da göndərdi
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı