Dabanıyla qol vuran futbolçunu millidən qovurlar (VİDEO)

XƏBƏR 20 İyul 2011 / 13:45 2362
-  A +

Bu günlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Livan arasında keçirilən və birincilərin 7:2 hesablı qələbəsilə başa çatan matçda davanıyla penaltidən qol vuran BƏƏ-nin futbolçusu Theyab Avana cəzalandırala bilər.

Qol.Az «Reuters»ə istinadən xəbər verir ki, bu hərəkətinə görə liviyalı futbolçuların etirazı ilə üzləşən Avananı BƏƏ milli komandasının meneceri Esmai Raşid də tənqid edib. «Onun penaltini belə vurması rəqibə hörmətsizlikdir. Rəqibinə hörmət etməyən futboçunu isə heyətimizdə saxlaya bilmərik» - deyə o bildirib.


Daha çox


Son xəbərlər