"Brügge" ilk oyunun başlama saatını açıqladı

"Brügge" ilk oyunun başlama saatını açıqladı
XƏBƏR 20 İyul 2011 / 13:34 2216
-  A +

Sabah Avroliqanın II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Ağdamın "Qarabağ" klubu öz meydanında Farer adalarının "Streymur" komandasını qəbul edəcək.

Qol.Az-ın məlumatına görə, bu cütün qalibi növbəti mərhələdə Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq.

Artıq "Brügge"nin rəsmi saytı Belçikada baş tutacaq ilk görüşün başlama saatını da açıqlayıb. İyulun 28-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


 

Daha çox


Son xəbərlər