“Qəbələ”nin əsas qapıçısı Pavel Doroşev ötən mövsümdə etibarlı oyunu ilə yadda qaldı və haqlı olaraq, azarkeşlərin rəğbətini qazandı. 11 matçda qapısından top buraxmamaqla ötən çempionatda rekorda imza atan latviyalı qolkiperin “Qəbələ”nin uğurlarında rolu danılmazdır. Keçən ilin dekabr ayında komandayla müqavilə müddətini daha 2 il uzadan Pavelin yeni mövsümdə də uğurlu çıxışı ilə bizi sevindirəcəyinə inanırıq. Qapıçı “Qəbələ FK”ya müsahibəsində özündən, yeni transferlərdən və komandasının növbəti mövsümdə məqsədlərindən danışdı.
- Pavel, yay tətilində necə dincəldiniz ?
- Əvvəlcə ailəmlə birgə 2 həftə Türkiyədə dincəldim. Sonra isə istirahətimi evdə davam etdirdim.
- Ayyarımlıq fasilədən sonra ağır və intensiv məşq çətin olmadı ki?
- Qətiyyən. Yay tətili zamanı məşq etmək üçün bizə xüsusi proqram verilmişdi. Mükəmməl tərtib olunmuş həmin proqramın bütün şərtlərinə əməl etmişəm. Doğrudur, topa çıxmaq, zərbələri qarşılamaq və ritmə uyğunlaşmaq bir az çətindir. Amma fiziki hazırlıq baxımından heç bir çətinliyim olmadı.
- Ötən mövsüm süni, bu dəfə isə yeni təbii meydançada məşq edirsiniz. Necədir?
- Meydançalara söz ola bilməz! İdeal səviyyədədir! Karyeram ərzində çox meydança görmüşəm, amma beləsinə rast gəlməmişəm. Meydançalar bilyard masasının üstü kimi hamardır. Belə meydançadan hətta məşq etməyə gücün qalmasa da, ayrılmaq istəmirsən. Sanki adama əlavə enerji gəlir. Bu meydançada özünü əsl peşəkar kimi hiss edirsən, həvəskar kimi yox. Müqaviləyə görə hələ 2 il “Qəbələ”dəyəm. Başqa komanda haqqında düşünmürəm də. Karyeramı burda başa vurmaq istəyirəm.
- Hazırlığın ikinci hissəsini İngiltərədə keçirəcəksiniz. Bu barədə nə deyə bilərsiniz ?
- Baş məşqçimiz Toni Adams hazırlıq planını çox diqqətlə tərtib edib. İngiltərədə fərqli şəraitdə məşqləri davam etdirəcək, güclü klublarla oynayacağıq ki, bu da çempionat öncəsi çox vacibdir.
- Yeni transferlərlə bağlı fikrini bilmək maraqlı olardı...
- Aleksandr Çertoqanovu, Mahir Şükürovu əvvəldən tanıyırdım. Hər ikisi əla futbolçulardır. Rövşən Əmiraslanovla Vurğun Hüseynov da mənə tanış oyunçulardır. Onlar komandaya çox xeyir verəcəklər. Yeni legionerlərə gəlincə, onları məşqlərdə görmüşəm. Hər ikisi (Daniel Lopez Kruz və Dodonu nəzərdə tutur - red) çox xoşuma gəldi. Komandaya seneqallı hücumçu da qoşulub – Viktor Mendi. O da yaxşı futbolçuya oxşayır.
- Yeni mövsümdən nə gözləyirsən, komanda ilə arzuların nədir ?
-Yalnız medal qazanmaq. Ötən il altılığa düşmək müzakirə olunurdusa, indi bu fikir yaxına da buraxılmır. Artıq 4 ildir “Qəbələ”dəyəm və komandamı qaliblər sırasında görmək istəyirəm. Mən “Qəbələ”yə gələndə komanda indiki səviyyədə deyildi. Bambaşqa şərait, infrastruktur və komanda qurulub. İndi komandaya elə futbolçular gətirilib, infrastruktur elə səviyyəyə çatdırılıb ki, medal qazanıb avrokuboklara vəsiqə qazanmağa, sadəcə, borcluyuq. Bu il medal qazana bilməsək, bizi heç kim başa düşməyəcək - nə azərbaycanlılar, nə də Toni Adamsın burda işlədiyini bilən avropalılar.
- Eləsə sizə yalnız uğur arzulamaq qalır.
- Çox sağ olun.
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2
5 oyunda 6 qol vurdu, ayın ən yaxşısı seçildi
"Neftçi" Çin klubuna qalib gəldi
Cenk Tosunun yeni klubu rəsmiləşdi
Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu
Konfrans Liqasında pley-offun püşkü atıldı
Nabi Keyta "Ferentsvaroş"da qaldı
U-21 millimiz yoxlama oyununda qalib gəldi
Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər
“Mingəçevir” 7 futbolçunu göndərib, 5 yeni oyunçu alıb
Volkan Demireldən Nəriman və Medina açıqlaması
Kaşuk xorvatlara elə bir qol vurdu ki… - Video
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
"Tələbələrimin Olimpiya çempionu olmasını istəyirəm"
U-21 millimizin üzvü klubundan ayrıldı
"Roma"dan hücumçu transferi
Millinin heyətindən çıxarıldı
“Qarabağ”da qazandığı kuboku ayağına döymə etdirdi - Video
Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi
PFL prezidentindən məşhur jurnala - Maraqlı açıqlamalar
"Barselona"nı 1/4 finala yüksəldən qələbə - Video
Futbola yeni qaydalar gətirilir - Vaxtı uzatma!
Haalandın transferi yarım milyard avroya başa gələ bilər
“Real”da uğurun açarı futbolçuya yaxın olmaqdır" - Zidan
Raspadori rəsmən "Atalanta"da
"Beşiktaş"dan böyükhesablı qələbə
Azərbaycan klublarının qış transferləri - Yenilənir
"Real" 2 futbolçusundan narazıdır
Afrika Kuboku tarixində yeni qol rekordu müəyyənləşdi
Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı
Breno Almeyda Azərbaycanda oynayacaq
"Qalatasaray" rəsmisindən gözlənilməz davranış - "Ayıbdır"
"Sumqayıt" heyətini millinin futbolçusu ilə gücləndirdi
"Ayaks"ın baş məşqçisi London klubunu çalışdıracaq
Sabiq "Neftçi"li Qırğızıstan klubunda
Mbappe zədəsini sağaltdı
"Eyüpspor"dan ayrılan kimi yeni komanda tapdı
Milli uduzdu, federasiyanın prezidenti cəzalandırıldı
"Şəfa" Amil Yunanovla yollarını ayırdı
PSJ "Çelsi"nin yarımmüdafiəçisinə göz dikdi
AFFA rəsmiləri Türkiyədə səfərdə olublar