Yeni mövsümə iyulun 6-da, Qəbələdə başladığı təlim-məşq toplanışı ilə start verən “Qəbələ” Futbol Klubu hazırlığın birinci hissəsini başa vuraraq İngiltərəyə yola düşüb. Komandanın baş məşqçisi bu müddət ərzində ölkədə olmadığından hazırlığa onun köməkçisi Qari Stivens və məşqçi Fatih Kavlak nəzarət edib. Hazırlığın son günü Qari Stivens “Qəbələ” FK qəzetinə komandanın vəziyyəti, futbolçuların durumu və qarşıdakı planlarla bağlı məlumat verib.
- Qəbələdə keçirdiyimiz təlim-məşq toplanışında məşqə çıxan futbolçuların durumu bizi tam qane etdi. Ötən mövsümdən komandada saxladığımız futbolçulara fərdi proqramlar vermişdik. Onlar yay tətili zamanı fərdi qaydada məşq ediblər. Yeni gələn futbolçuların isə nə dərəcədə hazırlıqlı olduğunu bilmirdik. Amma məşqlərdə onların da, bu mənada, səviyyəsinin qənaətbəxş olduğunu gördük.
- Londondakı hazırlıqda daha çox nəyə diqqət yetiriləcək?
- Qəbələdəki məşqləri futbolçuların fiziki hazırlıq, dözümlülük, sürətin artırılması, oyunçular arasında anlaşmanın daha da yaxşılaşdırılması üzərində qurmuşduq. İngiltərədə isə burda qazandıqlarımızı meydanda tətbiq etmək və oyun praktikasını artırmaq istəyirik. İngiltərə klubları ilə keçirəcəyimiz oyunlarda xətlərarası əlaqə və daha çox taktiki planları sınaqdan çıxaracağıq. Bir də ayrı-ayrı oyun epizodları üzərində çalışmalar olacaq. Necə deyərlər, komandamızın gələn mövsümdə necə oynayacağını Londonda görmək istərdik.
- Təlim-məşq toplanışının ikinci hissəsini nə üçün məhz İngiltərədə keçirməyi qərara almısınız ?
- Ötən ilin yayında təlim-məşq toplanışını Azərbaycanda keçirdik. Amma bu dəfə qərara aldıq ki, İngiltərəyə yollanaq. Səbəbini izah edim. Əvvəla, bəzi futbolçularımız Londondakı şəraiti, məşq prosesini buradakı ilə müqayisə etmək imkanı qazanmalıdırlar. Türkiyəyə də getmək olardı, amma biz İngiltərəyə üstünlük verdik. Çünki oradakı imkanlara bələdik, komandaları yaxşı tanıyırıq. Eyni zamanda özümüzə kənardan baxıb, qiymət vermək, komandanın timsalında Azərbaycan futbolu ilə İngiltərə futbolunu müqayisə etmək və bu yolla komandanın səviyyəsini təyin etmək istəyirik. Sonuncu səbəb isə odur ki, futbolçuların əksəri İngiltərədə olmayıb. Oradakı məşq və keçirəcəyimiz yoxlama oyunları onlar üçün yaxşı təcrübə olacaq.
- İngiltərədə təlim-məşq toplanışlarında baxışa futbolçu çağırılıbmı?
- Baxışa 3 futbolçu çağırmağı nəzərdə tutmuşuq. Onlardan ikisi hücumameyilli futbolçulardır. Komandanın gücləndirilməsini həmişə istəyirik. Oyunçu gətiririksə, bu o demək deyil ki, gələn kimi əsas heyətin üzvü olsun. Bəzən oyunçulardan komandada daxili rəqabəti gücləndirmək üçün istafadə edirik. Cəlb etdiyimiz yeni oyunçular adaptasiya dövrünü uğurla keçirlər, proffesionallardan ibarət komanda təşkil olunur.
- “Qəbələ”nin İngiltərədəki hazırlığına qoşulanlardan biri də yəqin şotlandiyalı qapıçı Qrem Smit olacaq...
- Qrem Smitin adının “Qəbələ” ilə bağlı hallanması mənim üçün də sürpriz oldu. Biz həmin qapıçı ilə bağlı açıqlama verməmişik. Görünür, bu informasiya onun agenti tərəfindən yayılıb.
- Yeni meydançalar haqqında fikrinizi bilmək maraqlı olardı...
- Düşünürəm ki, bu gün Azərbaycanda ən yaxşı meydançalar bizdədir. Klub kimi başlıca məqsədimiz bütün sahələrdə səviyyəni yüksəldərək, uğur qazanmaqdır. İstəyimiz “Qəbələ”ni ölkənin ən güclü klubuna çevirməkdir. Amma bundan ötrü vaxt lazımdır.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki