“İnter”in imtina etdiyi futbolçu “Tom”a da lazım olmadı

XƏBƏR 9 Mart 2009 / 16:17 2318
-  A +

Azərbaycan çempionu “İnter”in xidmətindən imtina etdiyi  Latviya millisinin üzvü Yuri Layzans Rusiyanın “Tom” klubuna da lazım olmayıb. Qol.Az-ın Sport Ekspress qəzetinə istinadən yaydığı məlumata görə, ruslar latviyalının hazırkı formasından razı qalmadığı üçün ondan imtina ediblər. Maraqlıdır ki, “İnter” də analoji səbəbi əsas gətirərək Layzans xidmətindən imtina etmişdi. Amma futbolçu həmin vaxt verdiyi açıqlamasında Bakıya gəlməmisinin əsas səbəbi kimi “bankirlər”lə maddi məsələdə razılığa gələ bilmədiyini göstərmişdi.


Son xəbərlər