Jabanın “Bakı”da qalacağı xəbərləri təsdiqlənmədi

Jabanın “Bakı”da qalacağı xəbərləri təsdiqlənmədi
XƏBƏR 20 İyul 2011 / 11:50 1735
-  A +

“Bakı” klubu braziliyalı hücumçu Jabanın komandada qalacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Paytaxt klubunun marketinq və mətbuat departamentinin rəhbəri Nəriman Mehdiyev Qol.Az-ın müxbiri ilə söhbətində məlumatları təkzib edib.

Mehdiyevin sözlərinə görə, bu futbolçunun “Bakı”da qalmayacağı çoxdan dəqiqləşib:

“Jaba ilə bağlı qərarımızı vermişik. Braziliyalı hücumçu Aleksandr Starkova lazım deyil. Onun komandada qalacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Son xəbərlər