Millimiz rəqibini darmadağın etdi

Millimiz rəqibini darmadağın etdi
XƏBƏR 20 İyul 2011 / 10:30 1474
-  A +

Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, yığmamız Avstriyanın “Pinzgau” komandası ilə qarşılaşıb. Oyun futbolçularımızın 10:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın heyətində Rizvan Umarov 4 qol vurub. Rəhman Hacıyev het-trik, Tural Qürbətov dubl edib. 1 dəfə isə Samir Yusifov fərqlənib.

Daha çox


Son xəbərlər