Xəbər verdiyimiz kimi, bu gün «Simurq» klubunun baş məşqçisi Sergey Yuran ictimaiyyətə təqdim olunub. Rusiyalı mütəxəssis tədbirdə jurnalistlərin suallarını da cavablandırıb.
- Necə oldu ki, məhz “Simurq”u seçdiniz?
- Klubunun rəhbərliyi ilə danışıqlara başlayanda mənə komandanın növbəti mövsüm Premyer Liqada çıxış etmək şansı olduğunu bildirdilər. Bir müddət danışıqlar apardıqdan sonra «Simurq»da çalışmaq qərarı verdim. Artıq komandanın bazası və futbolçuları ilə tanış olmuşam. Hələ ki, məni burada hər şey qane edir.
- Siz futbolçu kimi zəngin karyeraya maliksiniz və çıxış etdiyiniz klublarda uzun müddət forma geyinmisiniz. Ancaq, nədənsə, işlədiyiniz klublarda məşqçiliyiniz qısa olub.
- Bir çox klubda çalışmışam və demək olar ki, hamısında eyni aqibətlə üzləşmişəm. Bu klubları çalışdırarkən onların bir çoxunun əsas liqaya vəsiqə qazanmasına nail olmuşam. Ancaq bu uğurun böyüməsinə maliyyə çətinliyi əngəl olub. Bildiyiniz kimi, mən “Şinnik” klubunu da çalışdırmışam. Bu kluba baş məşqçi təyin olunanda həmin bölgənin qubernatoru mənə bildirdi ki, «Şinnik»in əsas liqaya vəsiqə qazanmasını istəyir. Həmin şəxs futbolu çox sevdiyi üçün bizə hər cür dəstək göstərirdi. Mən də əlimdən gələni etdim. Nəticədə komanda Rusiya Premyer Liqasında çıxış etmək hüququ qazandı. Çox keçmədi ki, bölgənin qubernatorunu dəyişdilər. Yeni qubernatorun isə futbola marağı yox idi. Nəticədə klub sponsorsuz qalaraq əsas liqada çıxış etmək şansından məhrum oldu. Mən sizə bir neçə başqa belə misal çəkə bilərəm.
- Bəs, niyə, məhz ikinci dərəcəli komandalarla işləməyi üstün tutursunuz. İddialı klublardan təkliflər gəlmir, yoxsa?..
- Bilirsiniz, mən hələ məşqçilik karyerama başlamazdan əvvəl Valeri Qazzayev, Yuri Syomin kimi tanınmış şəxslərdən məsləhətlər almışdım. Onlar mənim gələcəkdə böyük uğurlara imza atmaq istəyində olduğumu bildikdə hələ ki, aşağı liqada çıxış edən klublarla işləməyi məsləhət gördülər. Mən bir çox ölkədə - Estoniya, Latviya və Qazaxıstan klublarında baş məşqçi işləmişəm. Bu, təcrübə toplamağıma çox kömək edib. Mən Azarbaycanda işləyəcəyim zaman da təcrübə toplayacağımı düşünürəm.
- Konkret olaraq “Simurq” rəhbərliyi sizin qarşınıza hansı məqsədi qoyub?
- Əsas şərtlərindən biri komandanın Premyer Liqada qalması, digəri isə “Simurq”un ilk “altılıq”da yer almasıdır. Bunu həyata keçirmək üçün kollektiv şəkildə əlimizdən gələni edəcəyik.
- Sirr deyilsə, “Simurq”a hansı məbləğ qarşılığında işləməyə razılıq vermisiniz?
- Mən təkcə maliyyə şərtlərini əsas tutaraq komandanı çalışdırmıram. Mənim üçün ən vacib komandanın uğur qazanması və az əvvəl bildirdiyim kimi, təcrübə toplamağımdır. Məbləğə gəlincə, bu, kommersiya sirridir.
- Deyilənə görə, jurnalistlərlə münasibətiniz o qədər də yaxşı deyil.
- Qazaxıstanda işləyən zaman bir jurnalist mənim haqqımda düzgün olmayan informasiya yazmışdı. Sonra onunla mübahisəmiz düşdü. O vaxtdan mənim jurnalistlərlə münasibətim soyuqdur. Ancaq sizin peşənizə hər zaman hörmətlə yanaşıram. Hətta məğlub olduğum zaman məndən müsahibə ala bilərsiniz.
- “Neftçi”nin baş məşqçisi Arif Əsədov “Simurq”un çox zəif komanda olduğunu, hətta bir həftə məşq edərək, “Simurq”a qarşı oynaya biləcəyini deyib.
- Əgər Arif Əsədov “Simurq”a qarşı oynamaq istəyirsə, buna etirazım yoxdur. Qoy, çıxıb oynasın. Lakin yaxşı olar ki, o, öz işi ilə məşğul olsun. Məncə, Əsədov artıq futbolçu karyerasını unutmalı və bütün diqqətini məşqçiliyə yönəltməlidir. Baş məşqçi hər bir rəqibə hörmətlə yanaşmalıdır.
- Komandanıza yeni legionerlər cəlb olunacaq?
- Qarşımıza qoyulan məqsədlərdən biri də yerli futbolçular hesabına yaxşı kollektiv yaratmaqdır. Mən çox legioner almağın tərafdarı deyiləm, 5-6 nəfər kifayətdir. Onların səviyyəsi isə yerli futbolçulardan üstün olmalıdır. Əks halda legioner transfer etməyin heç bir mənası yoxdur.
- «Simurq»da köməkçiləriniz kim olacaq?
- Köməkçilərim Qazaxıstanın “Lokomotiv” klubunda birgə çalışdığım Yuri Yuşenko və doğma qardaşım Yuridir.
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2
5 oyunda 6 qol vurdu, ayın ən yaxşısı seçildi
"Neftçi" Çin klubuna qalib gəldi
Cenk Tosunun yeni klubu rəsmiləşdi
Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu
Konfrans Liqasında pley-offun püşkü atıldı
Nabi Keyta "Ferentsvaroş"da qaldı
U-21 millimiz yoxlama oyununda qalib gəldi
Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər
“Mingəçevir” 7 futbolçunu göndərib, 5 yeni oyunçu alıb
Volkan Demireldən Nəriman və Medina açıqlaması
Kaşuk xorvatlara elə bir qol vurdu ki… - Video
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
"Tələbələrimin Olimpiya çempionu olmasını istəyirəm"
U-21 millimizin üzvü klubundan ayrıldı
"Roma"dan hücumçu transferi
Millinin heyətindən çıxarıldı
“Qarabağ”da qazandığı kuboku ayağına döymə etdirdi - Video
Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi
PFL prezidentindən məşhur jurnala - Maraqlı açıqlamalar
"Barselona"nı 1/4 finala yüksəldən qələbə - Video
Futbola yeni qaydalar gətirilir - Vaxtı uzatma!
Haalandın transferi yarım milyard avroya başa gələ bilər
“Real”da uğurun açarı futbolçuya yaxın olmaqdır" - Zidan
Raspadori rəsmən "Atalanta"da
"Beşiktaş"dan böyükhesablı qələbə
Azərbaycan klublarının qış transferləri - Yenilənir
"Real" 2 futbolçusundan narazıdır
Afrika Kuboku tarixində yeni qol rekordu müəyyənləşdi
Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı
Breno Almeyda Azərbaycanda oynayacaq
"Qalatasaray" rəsmisindən gözlənilməz davranış - "Ayıbdır"
"Sumqayıt" heyətini millinin futbolçusu ilə gücləndirdi
"Ayaks"ın baş məşqçisi London klubunu çalışdıracaq
Sabiq "Neftçi"li Qırğızıstan klubunda
Mbappe zədəsini sağaltdı
"Eyüpspor"dan ayrılan kimi yeni komanda tapdı
Milli uduzdu, federasiyanın prezidenti cəzalandırıldı