“Dinamo” “Neftçi”dən çəkinmir

“Dinamo” “Neftçi”dən çəkinmir
XƏBƏR 19 İyul 2011 / 13:53 1610
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Neftçi” ilə qarşılaşacaq “Dinamo”nun Bakıdakı görüşdə də Zaqrebdəki start heyəti ilə meydana çıxacağı gözlənilir.
Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, rəqib komandanın hücum xəttində iki futbolçu – İvan Krstanoviç və Fatoş Beçirayın ilk “11”likdə meydana çıxacağaı dəqiqləşib.

“Dinamo”nun baş məşqçisi bununla da səfərdə belə olsa, “Neftçi”dən çəkinmədiklərini bir daha nümayiş etdirmək niyyətindədir.

Zaqreb təmsilçisinin ehtimal olunan start heyəti isə belədir:

Qapıçı: Kelava
Müdafiəçilər: Vrsaljko, Tonel, Vida, İbanyez
Yarımmüdafiəçilər: Badel, Leko, Alispahiç, Sammir
Hücumçular: Krstanoviç, Beçiray

Daha çox


Son xəbərlər