“Makkabi”nin futbolçusu: “Bu, uğur qazanmaq üçün çox vacibdir”

“Makkabi”nin futbolçusu: “Bu, uğur qazanmaq üçün çox vacibdir”
XƏBƏR 19 İyul 2011 / 13:01 1961
-  A +

“Xəzər Lənkəran”la cavab oyununa yaxşı hazırlaşmışıq. Bütün komanda ancaq bu görüş barədə düşünür”.

Qol.Az-ın məlumatına görə bu sözləri İsrailin “Makkabi” (Təl-Əviv) klubunun futbolçusu Gilyermo İsrailoviç deyib.

Müdafiəçi cavab qarşılaşması öncəsi komandada əla əhval-ruhiyyənin olduğunu söyləyib:

“Səfərdə də qələbə qazanmaq istəyirik. Hər şey istədiyimiz kimi gedir. Hazırda komandada yüksək əhval-ruhiyyə hökm sürür ki, bu da uğur qazanmaq üçün çox vacibdir”.

Daha çox


Son xəbərlər