Moti İvanir: “Lənkərana müdafiə olunmağa getmirik”

Moti İvanir: “Lənkərana müdafiə olunmağa getmirik”
XƏBƏR 19 İyul 2011 / 12:05 1651
-  A +

“Bizim yaxşı futbolçularımız var. Ona görə də biz Lənkərana müdafiə olunmağa getmirik. Səfərdə çıxış etməyimizdən asılı olmayaraq, üstünlüyümüzdən axıra kmi istifadə edib, öz oyunumuzu oynamaq istəyirik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avroliqanın ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan “Makkabi” klubunun baş məşqçisi Moti İvanir Azərbaycana səfəröncəsi təşkil etdiyi mətbuat konfransında söyləyib.

Cavab oyununda da rəqibi təzyiq altında saxlayacaqlarını bildirən təcrübəli mütəxəssis “Xəzər Lənkəran”a qarşı aqressiv oynayacaqlarını bildirib:

“Növbəti mövsümdə “Makkabi” bütün yarışlarda öz iddiasını ortaya qoyacaq. Eləcə də Avroliqada. Səfərdə qarşılaşacağımız “Xəzər Lənkəran”ı daim təzyiq altında saxlayıb, onlara qarşı aqressiv oynayacağıq. Gənc və təcrübəli futbolçulardan təşkil olunmuş yaxşı komandamız ar. Bu heyətlə arzuladığımız nəticəni qazanmaq olar”.

Daha çox


Son xəbərlər