UEFA-dan Türkiyədəki qalmaqalla bağlı yeni mövqe

UEFA-dan Türkiyədəki qalmaqalla bağlı yeni mövqe
XƏBƏR 18 İyul 2011 / 17:58 2393
-  A +

Danışılmış oyunlarla bağlı Türkiyə Futbol Federasiyası və UEFA nümayəndələrinin iştirakı ilə İsveçrənin Cenevrə şəhərində keçirilən yığıncaq başa çatıb. Yığıncaqda danışılmış oyunlarda adları hallanan türk klublarının taleyi müzakirə olunub. Qol.Az-ın məlumatına görə, UEFA nümayəndələri də adı qalmaqala qarışan komandaların hələlik cəzalandırılmasını məqsədəuyğun saymayıb.

Yığıncağın ardından Türkiyəni tədbirdə təmsil edən Mehmet Əli Aydınların vəkili Lütfi Arıboğan media qarşısına çıxaraq, açıqlama verib:

“Planlaşdırdığımız yığıncaq gerçəkləşdi. UEFA Türkiyə Futbol Federasiyasına olan güvənini bir daha nümayiş etdirdi. Qurumun belə məsələlərdə nə qədər həssas olduğunu bilirik. Daxili işimiz olduğu üçün məsələyə müdaxilə etməyəcəklərini və bizim verdiyimiz qərarlara güvəndiklərini bildirdilər.

Prokurorluğun ittihamnaməsi bizə verilmədiyindən, bir az gözləmək lazım olduğunu onlar da çox gözəl bilirlər. Bu həftədən etibarən həmin sənədlər hissə-hissə bizə göndəriləcək. Ən qısa zamanda doğru qərarı verməyə çalışacağıq”.

Daha çox


Son xəbərlər