Xorvatiya mətbuatı “Neftçi”ni “vurdu”

Xorvatiya mətbuatı “Neftçi”ni “vurdu”
XƏBƏR 18 İyul 2011 / 16:05 2853
-  A +

Xəbər verdiyimiz kimi, ÇL-in ikinci təsnifat mərhələsinin cavab oyununda “Neftçi” ilə qarşılaşacaq “Dinamo” Bakıda ilk məşqini keçib. Məşq “Şəfa” stadionunda baş tutub.

Qol.Az-ın məlumatına görə, rəqib komandanın sabahkı oyuna mərkəzi arenada yox, “İnter”in stadionunda hazırlaşması xorvatiyalı jurnalistlərin xoşuna gəlməyib. Ölkənin məşhur idman nəşrlərindən “Sportske novosti” qəzeti bu məsələyə xüsusi yer ayırıb. Mətbu orqan “Azərbaycan qonaqpərvərliyi: “Neftçi” “Dinamo”ya mərkəzi arenada məşq keçməyə icazə vermədi” başlığı ilə yazı dərc edib. Həmin yazını olduğu kimi oxuculara təqdim edirik:

“Dinamo” Bakıya çatanda saat 21:00 olardı. Ancaq bu, Yurçiçə məşq keçmək üçün mane olmayıb. Komanda oteldən dərhal məşq keçəcəyi stadiona yollanıb. Məşq 1 saatdan çox davam edib.
Ancaq “Neftçi” komandamıza psixoloji təsir göstərib və onlara oyunun keçiriləcəyi mərkəzi arenada məşq etməyə icazə verməyib".

Daha çox


Son xəbərlər