“Yuventus”da “yarpaq töküm”ü

“Yuventus”da “yarpaq töküm”ü
XƏBƏR 18 İyul 2011 / 15:12 2244
-  A +

Yeni mövsüm üçün daha iddialı komanda qurmaq istəyən “Yuventus” yeni transferlər etməklə yanaşı, heyətdə “təmizlik” işləri də aparmağa hazırlaşır. Qol.Az-ın məlumatına görə, “qoca sinyora” 11 oyunçusu ilə yollarını ayırmağa hazırlaşır.

Turin klubunun baş məşqçisi Antonyo Kontenin “qara siyahısı”na düşən futbolçular arasında diqqəti daha çox Vinçenso Yakinta, Amauri, Griqera, Məhəmməd Sissoko, Felipo Melo və Luka Toninin adları diqqət çəkir. Digər futbolçular isə bunlardır:

Marko Motta, Luka Marrone, Albin Ekdal, Serxio Almiron və Xorxe Martines.

Daha çox


Son xəbərlər