“Qarabağ” səhər məşqinə itkiylə çıxdı

XƏBƏR 18 İyul 2011 / 14:00 1801
-  A +

“Qarabağ” “Streymur”la oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, iyulun 21-i Farer adalarından olan rəqibiylə Avroliqanın 2-ci mərhələsinin cavab görüşündə qarşılaşacaq Ağdam klubu gündə bir məşqlə kifayətlənir.

Bu gün isə komanda səhər və axşam olmaqla, iki dəfə məşq edəcək. Artıq başa çatan səhər məşqinə bir neçə gənc futbolçu çıxıb. Amma “Qarabağ”ın əsas məşqi 19:00-a nəzərdə tutulub. Axşam məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Komandada tək itki Tural İsgəndərovdur.  19 yaşlı yarımmüdafiəçi hələ ki, trenajor zalında məşq etməklə kifayətlənir.

Daha çox


Son xəbərlər