“Qəbələ” klubu Jabanın bu komandaya keçəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Klubun baş meneceri Zaur Əzizov Qol.Az-ın müxbiri ilə söhbətində “Bakı”dan kənarlaşdırılan braziliyalı hücumçunun “Qəbələ”yə keçəcəyi xəbərini təkzib edib. Əzizov Jaba ilə maraqlanmadıqlarını bildirib:
“Belə bir şey yoxdur. Bu futbolçu ilə heç maraqlanmırıq. Məlumatlar həqiqəti əks etdirmir”.
“Qəbələ” rəsmisi klubun transfer siyasəti ilə bağlı isə bunları deyib: “Ola bilsin, çempionata hazırkı heyətlə başlayaq. Ancaq komandaya bir-iki yeni oyunçu da alına bilər. Hər şeyə yaxın günlərdə aydınlıq gələcək”.
Karim Rossi “Qəbələ”də
"İnter"in hədəfinə düşdü
"Kəpəz" onu da göndərdi
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər