Yığmamız Avstriya klubunu darmadağın etdi

Yığmamız Avstriya klubunu darmadağın etdi
XƏBƏR 18 İyul 2011 / 00:42 1586
-  A +

Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Zaltsburq" klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 6:0 hesabı ilə qələbə qazanıb.

Nurlan Novruzovun het-trik, Rizvan Umarovun dubl etdiyi oyunda digər qolun müəllifi Ramil Mənsurov olub.

Son xəbərlər