"Neftçi" mərkəzi arenada məşqə çıxacaq

XƏBƏR 17 İyul 2011 / 19:03 1766
-  A +

"Neftçi" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyununa hazırlıqlarını davam etdirir.

Qol.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvləri dünən axşam saatlarında klubun bazasındakı meydançada məşq keçiblər. "Neftçi"nin bugünkü məşqi saat 21:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
 
Bu gün paytaxtımıza gələn "Dinamo" klubu isə mərkəzi arenada iyulun 18-də məşq edəcək. Saat 21:00-da start götürəcək hazırlıqdan yarım saat əvvəl isə Xorvatiya təmsilçisinin baş məşqçisi Krunoslav Yurçiçin mətbuat konfransı olacaq.


Son xəbərlər