Modriç “Çelsi”yə keçmək üçün hər şeyi edir

Modriç “Çelsi”yə keçmək üçün hər şeyi edir
XƏBƏR 16 İyul 2011 / 18:25 1921
-  A +

“Çelsi”nin yaxından maraqlandığı və 30 milyon funt təklif etdiyi Luka Modriç bir daha “Tottenhem”də qalmaq istəmədiyini dilə gətirib.

Qol.Az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi növbəti dəfə klub rəhbərliyinə müraciət edərək, onu London klubuna buraxmalarını xahiş edib.

Qeyd edək ki, 25 yaşlı futbolçunun keçidi üçün “zadəganlar” artıq bir neçə dəfə “Tottenhem”in “qapısını döyüb”. Hətta “mavilər” danışıqlar prosesinin ilkin mərhələsi üçün qarşı tərəfə 22 milyon funt təklif ediblər.

“Tottenhem” rəhbərliyi isə komandanın aparıcı üzvünü itirməmək üçün əlindən gələni edir. Bunun məntiqi nəticəsi kimi, Modriç hazırda Cənubi Afrika Respublikasında təlim-məşq toplanışında olan komandasının düşərgəsindədir.

Son xəbərlər