“Dinamo” Bakıya itki ilə gəlir

“Dinamo” Bakıya itki ilə gəlir
XƏBƏR 16 İyul 2011 / 17:15 2456
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iyulun 19-da “Neftçi”nin qonağı olacaq "Dinamo" Bakıya itki ilə gələcək.
 
Qol.Az-ın məlumatına görə, Zaqreb klubunun aparıcı müdafiəçisi Leandro Kufre ikinci qarşılaşmada da meydana çıxmayacaq.

Təcrübəli futbolçunun zədəsi sağalsa da, komandanın baş məşqçisi Krunoslav Yurçiç onu cavab matçında da ehtiyatda saxlayacağını açıqlayıb. Baş məqşçi zədəsi yenicə sağalan müdafiəçinin eyni halla təkrar üzləşməməsi üçün bu addımı atıb.

Qeyd edək ki, Kufre Zaqrebdəki ilk oyunda da zədə səbəbindən komandasına kömək edə bilməmişdi.

Son xəbərlər