“Nike”-dan “Mançester Yunayted”ə dəstək

“Nike”-dan “Mançester Yunayted”ə dəstək
XƏBƏR 16 İyul 2011 / 11:47 1711
-  A +

Məşhur “Nike” şirkəti “İnter”in hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderin “Mançester Yunayted”ə keçməsinə kömək edəcək. Qol.Az-ın məlumatına görə, idman firması ulduz futbolçunun həftəlik gəlirinin bir hissəsini özü vermək istəyir.

Belə ki, Sneyder “qırmızı şeytanlar”dan həftəlik 200 min funt tələb edir. “Mankunyanlar” isə 170 min funt verməyə hazırdır. Ancaq bu məbləğ yarımmüdafiəçini qane etmədiyindən, “Nike” şirkəti yerdə qalan 30 min funtu öz üzərinə götürür.

Qeyd edək ki, “Nike” həm “Mançester Yunayted”, həm də Sneyderlə əməkdaşlıq edir.

Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq