“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Aleks Ferqyuson 7 il əvvəl buraxdığı səhvi etiraf edib.
Qol.Az-ın “Tribalfootball.com”a istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssis çexiyalı qapıçı Petr Çexin imkanlarını düzgün qiymətləndirmədiyini bildirib.
Həmin vaxt Çex Fransa “Renn”ində çıxış edirmiş. Ferqyuson qolkiperin oyununa baxdıqdan sonra onun çox gənc olduğu qənaətinə gəlib. Nəticədə “Mançester Yunayted” Çexi almayıb və qapıçı 2004-cü ilin yayında 22 yaşında ikən “Çelsi”yə 7 milyon funt sterlinqə keçib. Həmin vaxtdan o, “zadəganlar”ın əsas qolkiperi və öz ampluasında dünyanın ən yaxşı oyunçularındandır.
Ferqyusondan “Mançester Yunayted”in yeni qolkiperi David de Xeanın çox gənc olub-olmadığı soruşulduqda, Çexlə bağlı bu əhvalatı danışıb. Qocaman baş məşqçi deyib ki, Çex və de Xea kimi istedadlı qolkiperlərlə bağlı transfer məsələlərində yaşa əsas meyar kimi yanaşmaq olmaz.
Qeyd edək ki, 20 yaşlı David de Xea “Mançester Yunayted”ə iyunun sonlarında İspaniya “Atletiko”sundan keçib. Aleks Ferqyuson onu əsas qapıçı kimi görür və artıq karyerasını başa vurmuş hollandiyalı Edvin van der Sarı layiqincə əvəzləyəcəyini düşünür.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz