28 milyonluq futbolçuya 45 milyonluq təklif

28 milyonluq futbolçuya 45 milyonluq təklif
XƏBƏR 15 İyul 2011 / 18:57 2418
-  A +

Yeni mövsümün planlarını cızan “Mançester Siti” növbəti ulduz futbolçunu heyətinə qatmağa hazırlaşır. Qol.Az-ın məlumatına görə, “şəhərlilər” Almaniya millisi və “Bavariya”nın yarımmüdafiəçisi Tomas Mülleri transfer siyahısına əlavə edib.

İngilis klubu 21 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 45 milyon funt ödəməyə hazır olduğunu bildirib. Qeyd edək ki, Müllerin Münhen klubu ilə müqavilə müddəti 2015-ci ilin yayında başa çatır.

Maraqlıdır ki, gənc yarımmüdafiəçinin transfer qiyməti 28 milyon avro olsa da, “Mançester Siti” rəhbərliyi bu futbolçuya görə 45 milyon funt ayırıb. Bu da onunla əlaqədardır ki, “Dumanlı Albion” təmsilçisi Bundesliqa klubu ilə 2015-ci ilə qədər müqaviləsi olan futbolçunu məhz yüksək məbləğ təklif etməklə ələ keçirmək istəyir.

“Bavariya” rəhbərliyinin bu təklif qarşısında hansı cavabı verəcəyi maraqla gözlənilir.

Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq