Fransa futbolunun əfsanəvi futbolçularından olan Patrik Vieyra karyerasını başa vurduğunu açıqlayıb. Qol.Az-ın məlumatına görə, seneqal əsilli futbolçu 35 yaşında futbolla vidalaşıb.
Fransa milli komandasının 1998-ci il dünya və 2000-ci ildə qazandığı Avropa çempionluğunda əsas heyətdə yer alan ulduz futbolçu, karyerası ərzində 3 dəfə Premyer Liqa və 4 dəfə isə A seriyanın qalibi olub.
Ötən mövsüm "Mançester Siti" forması ilə 28 oyuna çıxan Vieyra bundan sonra ingilis klubunda aşağı yaş qrupları üzrə məqşçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Vieyra karyerası ərzində "Milan", "Arsenal", "Yuventus", "İnter" və "Mançester Siti" kimi klublarda çıxış edib.
Karim Rossi “Qəbələ”də
"İnter"in hədəfinə düşdü
"Kəpəz" onu da göndərdi
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama