Foqtsun bəyəndiyi futbolçuya “X-6” hədiyyə olundu

Foqtsun bəyəndiyi futbolçuya “X-6” hədiyyə olundu
XƏBƏR 15 İyul 2011 / 13:22 3184
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Neftçi” üzərində böyükhesablı qələbə qazanan (3:0) “Dinamo”nun müdafiəçisi Luis İbanyes ikiqat sevinc yaşayıb.

Qol.Az-ın məlumatına görə, dünən doğum gününü qeyd edən 23 yaşlı futbulçuya BMW X-6 markalı avtomobil hədiyyə olunub. Bu sürprizi futbolçuya onun atası edib.

Qeyd edək ki, “Dinamo” – “Neftçi” oyunundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts rəqibin heyətində ən yaxşı oyunçu kimi məhz İbanyesi fərqləndirmişdi.

Daha çox


Son xəbərlər