“Makkabi”nin qapıçısı: “Səfər oyununa rahat çıxacağıq”

“Makkabi”nin qapıçısı: “Səfər oyununa rahat çıxacağıq”
XƏBƏR 15 İyul 2011 / 11:51 1915
-  A +

“İlk oyunda yaxşı nəticə qazandıq. Amma bu hesabın bizim üçün nə dərəcədə sərfəli olacağını səfər matçından sonra biləcəyik”.

Qol.Az-ın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri “Makkabi” klubunun qapıçısı Qay Haimov deyib. Qolkiper səfər oyunana rahat çıxacaqlarını bildirib:

“Komandamız ilk hissədə daha yaxşı oynadı. Bunun məntiqi nəticəsi kimi, 3 qol vurduq. İkinci yarıda da qol vura bilərdik. Amma hücuma çox keçmədik. Çünki qapımızda ikinci qolu görmək istəmirdik. Bu nəticə ilə səfər oyununa rahat çıxacağıq”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner