İsrail mətbuatı: “Bu qolu “Makkabi”yə yaraşdırmadıq”

İsrail mətbuatı: “Bu qolu “Makkabi”yə yaraşdırmadıq”
XƏBƏR 15 İyul 2011 / 11:35 2602
-  A +

Avroliqanın ikinci təsnifat mərhələsində səfərdə “Makkabi” ilə qarşılaşan “Xəzər Lənkəran” 1:3 hesabı ilə məğlub olub. Yəhudilərin bu qələbəsi ölkədə böyük sevinclə qarşılansa da, komandamızın qapısına vurulan üçüncü qol geniş müzakirələrə səbəb olub.

Qol.Az-ın İsrail mətbuatına istınadən yaydığı məlumata görə, ölkədə nəşr olunan mətbu orqanların bir çoxu təxminən oxşar başlıqlı yazılar dərc ediblər. Belə ki, bu oyunla bağlı qəzet səhifələrini “Bu qolu “Makkabi”yə yaraşdırmadıq” başlığı bəzəyib.

Qeyd edək ki, qapımıza vurulan üçüncü qol zamanı rəqib futbolçu Kamran Ağayev topu tutduqdan sonra onun əlindən vurub, tora göndərmişdi.

Daha çox


Son xəbərlər