"Streymur"un baş məşqçisi: "Bakıda bizə çətin olacaq"

XƏBƏR 15 İyul 2011 / 01:22 2311
-  A +

"Son dəqiqələrdə vurulan qol hər zaman komandaya əlavə güc verir. Lakin biz bilirik ki, bizə çətin olacaq. Əsasən də Bakıda". Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"la oyundan sonra "Streymur" klubunun baş məşqçisi Hedin Akşam deyib.

Akşam Bakıda havanın çox isti olmasından da gileylənib: "Eşitmişəm ki, Bakıda  hava çox isti olur. Bu bizim üçün müəyyən çətinlik yaradacaq. Bununla belə, biz cavab görüşündə də, əbəs yerə mübarizə aparmadığımızı sübut edəcəyik".   


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner