ANS-dən “Xəzər Lənkəran” matçının yayımı ilə bağlı açıqlama

XƏBƏR 14 İyul 2011 / 18:45 3788
-  A +

Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran"ın bu gün Avropa Liqası çərçivəsində səfərdə "Makkabi" ilə keçirəcəyi oyun saat 22:30-dan etibarən ANS telekanalı vasitəsilə canlı yayımlanacaq.

Hazırda İsraildə olan ANS telekanalının İdman Departamentinin rəisi Gündüz Abbaszadə Qol.Az-a açıqlamasında bildirib ki, oyunun yayımı ilə bağlı heç bir problem olmayacaq. 

Abbazadə əlavə edib ki, oyunun başlamasına az qalmış canlı yayım prosesini bir daha nəzərdən keçirəcək və hər hansı bir problem yaranarsa, bunu vaxtında həll edəcəklər.

Qeyd edək ki,  “Space” kanalında dünən keçirilən “Dinamo” - “Neftçi” matçının canlı yayımı ilə bağlı problem yaşanmışdı. 

Daha çox


Son xəbərlər