“Beşiktaş”dan şok addım

“Beşiktaş”dan şok addım
XƏBƏR 14 İyul 2011 / 18:18 2663
-  A +

Adı danışılmış oyunlarda hallanan “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörən məsələyə etirazını fərqli şəkildə bildirib. Qol.Az-ın məlumatına görə, Dəmirörən komandanın üstündəki ləkə təmizlənənə qədər son mövsümdə qazandıqları ölkə kubokunu Türkiyə Futbol Federasiyasına qaytarmağı qərara alıb.

Qeyd edək ki, “Beşiktaş” rəhbərliyi məhz ölkə kubokunun finalındakı rəqibləri “İstanbul Böyükşəhər Bələdiyəspor”un futbolçularına rüşvət təklif etməkdə günahlandırılır.

Daha çox


Son xəbərlər