Rusiyanın “Atom” futbol klubunun qapıçısı Andrey Paşenko oyun vaxtı aldığı zədədən ölüb.
Qol.Az-ın məlumatına görə, iyulun 6-da “Totem”lə görüş zamanı rəqibin oyunçusu İvan Aqarkovla toqquşma nəticəsində başından ciddi xəsarət alan Paşenko bir həftə sonra keçinib.
Toqquşmadan dərhal sonra oyun dayandırılıb, qapıçını Krasnoyarsk xəstəxanalarından birinə çatdırıblar. Paşenkonun gicgah sümüyünün sındığını aşkarlayan həkimlər onu əməliyyat ediblər. Əməliyyatdan sonra qolkiperin səhhəti kəskin pisləşib. Həkimlər onun həyatının xilası üçün bir həftəyədək çalışıblar. Lakin 35 yaşlı qapıçını komadan çıxarmaq mümkün olmayıb.
Qeyd edək ki, “Totem” – “Atom” matçı Krasnoyarsk diyarının çempionatı çərçivəsində baş tutub. “Atom”un baş məşqçisi Konstantin Kamaltınov Andrey Paşenkonun zədə aldığı anı oyun epizodu adlandırıb və “Totem”in futbolçularına heç bir iradının olmadığını bildirib.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət