Arsen Vengerdən Xaviyə sərt cavab

Arsen Vengerdən Xaviyə sərt cavab
XƏBƏR 14 İyul 2011 / 17:07 2006
-  A +

“Arsenal”ın baş məşqçisi Arsen Venger “Barselona”lı yarımmüdafiəçi Xavi Hernandesin Fabreqasla bağlı fikirlərinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, fransız mütəxəssis ulduz futbolçunu London klubuna qarşı hörmətsizlik etməkdə günahlandırıb.

Qeyd edək ki, bir müddət öncə Xavi Fabreqasın “Barselona”ya keçməyi çox istədiyini, ancaq ingilis klubunun futbolçuya komandasını dəyişmək üçün icazə vermədiyini söyləmişdi. Məhz bu açıqlamalardan sonra Venger Xavi barədə bunları deyib:

“Klublar arasında qarşılıqlı hörmət həmişə saxlanılmalıdır. Xavi isə “Arsenal” haqqında hörmətsiz ifadələr işlədib. Bu sözləri onun kimi futbolçuya heç yaraşdırmıram. Xavi başa düşməlidir ki, Fabreqasın bizimlə müqaviləsi var və biz də haqlı olaraq, onu komandada saxlamaq istəyirik”.

Daha çox


Son xəbərlər