İngiltərə millisinin üzvü “Liverpul”da

İngiltərə millisinin üzvü “Liverpul”da
XƏBƏR 14 İyul 2011 / 15:22 1669
-  A +

İngiltərə millisi və “Aston Villa”nın yarımmüdafiəçisi Stüart Dauninq karyerasını “Liverpul”da davam etdirəcək. Qol.Az-ın məlumatıan görə, Birmingem klubu 26 yaşlı futbolçusunun “qırmızılar”a keçidinə razılıq verib. Bu transfer “Liverpul” klubuna 15 milyon funta başa gəlib.

Qeyd edək ki, Dauninqin xidmətində London “Arsenal”ı da maraqlı idi. Ancaq futbolçu “Liverpul”u “topçular”dan üstün tutaraq, bu komandaya keçməyə razılıq verib.

Yarımmüdafiəçi bu gün tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Daha çox


Son xəbərlər