Berti Foqts “Dinamo”nun müdafiəçisini bəyəndi

Berti Foqts “Dinamo”nun müdafiəçisini bəyəndi
XƏBƏR 14 İyul 2011 / 14:45 2124
-  A +

Xəbər verdiyimuiz kimi, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” – “Neftçi” oyununda milli komandamızın baş məşqçisi Berti Foqts da olub. Qol.Az-ın məlumatına görə, matçı stadionda canlı izləyən alman mütəxəssis qarşılaşmadan sonra xorvatiyalı jurnalistlərə oyunla bağlı fikirlərini bildirib.

Bundan başqa, yığmamızın çalışdırıcısı “Dinamo”nun heyətində bir futbolçunu da fərqləndirib. Belə ki, rəqib komandanın 3 nömrəli müdafiəçisi Luis İbanyes öz oyunu ilə Foqtsun qəlbini fəth etməyi bacarıb. Baş məşqçi də məhz bu futbolçunun oyununu çox bəyəndiyini bildirib.

Qeyd edək ki, Foqts Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün baş tutacaq “Makkabi” – “Xəzər Lənkəran” görüşünü də stadionda canlı izləyəcəyi gözlənilir.

Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq