Nuri Şahin yenə zədələndi

Nuri Şahin yenə zədələndi
XƏBƏR 14 İyul 2011 / 13:49 1703
-  A +

“Real”ın yay transfer “pəncərəsi”ndə Dortmund “Borussiya”sından transfer etdiyi Nuri Şahin yenə zədələnib. Qol.Az-ın məlumatına görə, ulduz futbolçu dünənki məşq zamanı dizindən zədə alıb.

Həkim müayinəsindən keçən Türkiyə millisinin üzvünün təxminən 2 və ya 3 həftə oynaya bilməyəcəyi dəqiqləşib. Ancaq 23 yaşlı yarımmüdafiəçinin İspaniya Superkuboku uğrunda görüşdə meydana çıxa biləcəyi gözlənilir.

Qeyd edək ki, Superkubok oyunu ölkə kubokunun sahibi “Real”la La Liqanın son çempionu “Barselona” arasında baş tutacaq.

Daha çox


Son xəbərlər