Bu il İspaniya “Barselona”sı əldə etdiyi vəsait sarıdan rekordçu adını "Real" (Madrid) klubundan almaq istəyir. Qol.Az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun prezidenti Sandro Rossel açıqlama verib.
O bildirib ki, “Barsa” 2011-ci ildə rekord məbləğdə - 470 milyon avro qazanacağına ümid edir. Bu isə 2010-cu ildəki qazancdan 55 milyon avro çoxdur. Kataloniya təmsilçisi istəyinə nail olsa, əzəli rəqibi "Real"ı bu göstəricidə də geridə qoyacaq.
Düzdür, “Barsa” bu ili yenə mənfi balansla başa vuracaq. Amma ötən illərə nisbətən aktivlərlə passivlər arasındakı fərq tədricən aradan qalxır. Bu səbəbdən, Rossel gələn il müsbət saldo əldə etməyə və borcu tədricən azaltmağa çalışacaqlarını söyləyib. Onun sözlərinə görə, klublar üçün həyati vacib məsələ teleyayım hüququnun satışıdır.
Bunun nəticəsində “Barsa”nın xəzinəsinə 140 milyon avro daxil olub. Ona görə də Kataloniya klubu digər komandalardan bir çoxunun İspaniya çempionatında hər turdan bir oyunun pulsuz göstərilməsi praktikasının ləğvi barədə təkliflərini dəstəkləyir: “Bu, gəlirləri artırmağa kömək edəcək. Qazancın bir hissəsi kiçik klubların ehtiyaclarına sərf olunacaq. Nəticədə İspaniyanın əsas liqasında daha bərabər səviyyəli rəqiblər yaranacaq”.
Vəsait cəlb etmək üçün digər mənbə qismində Rossel ABŞ, Çin və Yaponiya klubları ilə əməkdaşlığın vacibliyini vurğulayıb. Klub prezidentinin fikrincə, bu ölkələrdə futbola maraq görünməmiş dərəcədə artır və “Barselona” markasına tələbat böyükdür.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video