“Beşiktaş”a “bomba” düşdü

“Beşiktaş”a “bomba” düşdü
XƏBƏR 14 İyul 2011 / 16:25 2609
-  A +

Türk futbolunda danışılmış oyunlarla bağlı istintaqın ikinci mərhələsində daha beş nəfər həbs olunaraq, Metris həbsxanasına göndərilib.

Qol.Az-ın məlumatına görə, həbs olunanlar arasında “Beşiktaş” Futbol Şöbəsinin müdiri Sərdar Adalı, komandanın baş məşqçisi Tayfur Havutçu və “İstanbul Böyükşəhər Bələdiyəspor”un hücumçusu İbrahim Akın var.

Digər iki nəfər isə “Beşiktaş”ın mühafizə müdiri Əhməd Atəş və Akının komanda yoldaşı İskəndər Alındır. Qeyd edək ki, yuxarıda adı çəkilən beş nəfər Türkiyə kubokunun final oyununda sövdələşməyə getməkdə günahlandırılıb.

Belə ki,Havutçu və Adalı kubokun final görüşündən əvvəl “İstanbul BB”-nin aparıcı oyunçuları İbrahim Akın və İskəndər Alına həmin matçda pis oynayacaqları təqdirdə, transfer sözü veriblər.

Türkiyə mətbuatının yazığını görə, hər iki futbolçu günahkar olduqlarını etiraf ediblər. İbrahim Akın 150 min dollar pul və 200 min dollarlıq atın qarşılığında ölkə kubokunun finalında “Beşiktaş”a qarşı qəsdən pis oynayıb.

Digər futbolçu İskəndər isə meneceri telefon danışığında bu ifadələri işlətdiyini etiraf edib: “Beşiktaş”la müqavilə imzalayan kimi, onlara qarşı qəsdən oynamadığımı deyəcəm”.

Daha çox


Son xəbərlər