“Dinamo”nun futbolçusu: “Səfər oyunu üçün lazımı nəticəni təmin etdik”

“Dinamo”nun futbolçusu: “Səfər oyunu üçün lazımı nəticəni təmin etdik”
XƏBƏR 14 İyul 2011 / 11:32 1470
-  A +

“Birinci hissədə oynamaq çox çətin idi. Necə olduğunu bilmirəm, amma stadionda hava çox isti idi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Dinamo”nun yarımmüdafiəçisi Milan Badel deyib.

İlk hissədə yaxşı oynamadıqlarını söyləyən xorvatiyalı futbolçu ikinci yarıda “Neftçi”ni təəccübləndirdiklərini bildirib:

“İkinci hissənin əvvələrində isə hər şey dəyişdi və biz onları təəccübləndirdik. “Neftçi”nin oyunu ilə bizimki arasında böyük fərq yarandı. Bununla da səfər oyunu üçün lazımı nəticəni təmin etdik”.

Son xəbərlər