“Bakı” klubu növbəti mövsümün hazırlıqlarının paytaxt mərhələsinə bu gün keçirdiyi bir məqşlə start verib. Qol.Az-ın məlumatına görə, saat 19:00-da klubun təlim-məşq bazasında baş tutan məşq bir saat davam edib.
İlk məşq fiziki təmrinlərlə başlayıb, toplu çalışmalarla yekunlaşıb. Məşqdə cərrahiyyə əməliyyatı keçirən və bərpa prosesi keçən Əziz Quliyev və 9 iyulda Xorvatiyanın “İstra” klubu ilə oyunda topuğundan zədə alan Uinston Parks həkim nəzarəti altında fərdi məşq keçiblər. "Xəzər Lənkəran"dan alınan Parksın zədəsi ciddi deyil və iki gündən sonra komanda ilə birgə çalışacaq.
Qeyd edək ki, "Bakı"nın bu gün keçirilən məşqində 3 futbolçu iştirak etməyib. 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Nurlan Novruzov, Rəhman Hacıyev və pasportunda yaranan problem səbəbindən Syerra-Leoneyə yollanan İbrahim Karqbo komandaya bir neçə gündən sonra qoşulacaqlar. Sabahdan məşqlərin intensivliyi artırılacaq və futbolçular gündə 2 dəfə məşqə çıxacaqlar. İyulun 15-də ikitərəfli oyun keçirilməsi planlaşdırılır.
17 iyulda yenidən Sloveniyaya yollanacaq “Bakı” 12 gün ərzində məşq edəcək və 4 yoldaşlıq oyunu keçirəcək.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video