Blatter həmyerlisini FİFA Hakimlər Departamentinə sədr qoydu

Blatter həmyerlisini FİFA Hakimlər Departamentinə sədr qoydu
XƏBƏR 13 İyul 2011 / 21:58 1355
-  A +

Bu yaxınlarda hakim karyerasını başa vurmuş FİFA referisi Massimo Buzakka FİFA Hakimlər Departamentinə sədr təyin olunub. Qol.Az-ın məlumatına görə, isveçrəli yeni sədr vəzifəsinin icrasına avqustun 1-dən başlayacaq.

Buzakkanın həmyerlisi olan FİFA prezidenti Yozef Blatter bu təyinatı belə şərh edib: "Belə məşhur mütəxəssisin bizim komandaya daxil olmasına çox şadam. Dəfələrlə demişəm ki, hakimliyin keyfiyyətinin yüksəldilməsi FİFA-nın əsas vəzifələrindəndir. Buzakkanın təcrübəsi bizə bu istiqamətdə başladığımız işi davam etdirməkdə yardımçı olacaq".
 
Qeyd edək ki, 42 yaşlı Massimo Buzakka referi kimi 20 il çalışıb. O, karyerasının son 12 ilində beynəlxalq dərəcəli hakim olub. 2006 və 2010-cu il dünya çempionatları, eləcə də 2008-ci il Avropa çempionatında baş hakim olan Buzakka Çempionlar Liqası və UEFA kubokunun finallarını, eləcə də UEFA Superkuboku matçını idarə edib.  

Daha çox


Son xəbərlər